- Спикер Милли Меджлиса Азербайджана Сахиба Гафарова встретилась с заместителем председателя Палаты представителей Марокко Мохамедом Кайятом.
- Стороны выразили удовлетворение уровнем существующих отношений между Азербайджаном и Марокко.
- Подчеркнута роль межпарламентского сотрудничества в углублении двусторонних отношений.
- В текущем году между парламентами подписан Меморандум о взаимопонимании.
- Стороны отметили сотрудничество в рамках международных парламентских организаций, включая Парламентскую сеть Движения неприсоединения.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub. Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər, xüsusilə siyasi sahədə uğurla inkişaf edib. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın özünəməxsus rolu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün Mərakeşə rəsmi səfərini, həmçinin mərakeşli həmkarları ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayaraq, bu kimi təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Həmçinin diqqətə çatdırılıb ki, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qrupları münasibətlərin inkişafında körpü rolunu oynayır. Bildirilib ki, cari ildə parlamentlərimiz arasında imzalanmış Anlaşma Memorandumu da əlaqələri daha da dərinləşdirmək üçün əlverişli imkanlar yaradır.
Tərəflər parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıq etməsindən məmnunluqlarını qeyd ediblər. Bildirilib ki, Mərakeş Şəbəkənin konfranslarında yüksək səviyyədə təmsil olunur və bu təşkilatın işinə böyük əhəmiyyət verir.
Комментарии
Загрузка…
Оставить комментарий