"QatarEnergy", həmçinin Ras Laffan qaz obyektləri və limanının partlayış nəticəsində zərər görmədiyini bəyan edib.
Qətərin Daxili İşlər Nazirliyinin məlumatına görə, Ras Laffan Sənaye Zonasında yerləşən müəssisələrdən birində baş vermiş hadisə nəticəsində 54 nəfər xəsarət alıb.
Nazirlik "X" sosial şəbəkəsindəki rəsmi hesabında bildirib ki, Qətər Beynəlxalq Axtarış və Xilasetmə Qrupu mülki müdafiə qüvvələri ilə birlikdə hazırda itkin düşmüş 18 nəfərin axtarışını davam etdirir.
Daha əvvəl Daxili İşlər Nazirliyi hadisənin istismar prosesi zamanı baş vermiş texniki nasazlıq nəticəsində meydana gəldiyini açıqlamışdı. Bildirilmişdi ki, qəza zamanı insanların təhlükəsizliyi üçün risk yaradan hər hansı qaz sızması qeydə alınmayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий