- Спикер Милли Меджлиса Сахиба Гафарова встретилась с председателем Совета глобальной толерантности и мира Ахмедом Мохаммедом аль-Джарваном.
- Встреча прошла 22 июня в рамках 20-й сессии Конференции Парламентского союза государств-членов ОИС в Баку.
- Обсуждалась роль Парламентского союза в углублении отношений между мусульманскими странами и их законодательными органами.
- Выражена уверенность в успешной организации 20-й сессии в Баку.
- Состоялся обмен мнениями о сотрудничестве между парламентом Азербайджана и Международным парламентом за толерантность и мир.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsində vacib rolu qeyd olunaraq, təşkilatın Bakıda keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına inam ifadə edilib. Eyni zamanda, bu tədbirin İƏT Parlament İttifaqının gələcək fəaliyyətinə uğurlu töhfələr verəcəyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Комментарии
Загрузка…
Оставить комментарий