Məlumata görə, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi - Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) - 28 May küçəsi ilə təşkil ediləcək.

Qeyd edək ki, AYNA-nın verdiyi məlumata görə, yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ( "Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək.

AYNA-nın Mətbuat Xidmətindən bildirilib ki, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq. O da qeyd olunub ki, digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.