Qərara əsasən, xüsusi icra sisteminin inzibati ərazi vahidləri üzrə tətbiq edilmə mərhələləri aşağıdakı kimi müəyyən edilib:

birinci mərhələdə Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidləri üzrə - 2026-cı ilin ikinci yarimili ərzində;

ikinci mərhələdə Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidləri üzrə - 2027-ci ilin birinci yarimili ərzində;

üçüncü mərhələdə Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidləri üzrə - 2027-ci ilin ikinci yarimili ərzində;

dördüncü mərhələdə Şəki Apellyasiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidləri üzrə - 2028-ci ilin birinci yarimili ərzində.

Qeyd edək ki, qərar iyunun 23-də qüvvəyə minəcək.