O, qeyd edib ki, bu amillərə həmin il qeydiyyatdan keçən abituriyentlərin sayı, onların ümumi hazırlıq səviyyəsi, buraxılış və blok imtahanlarında göstərdikləri nəticələr, xüsusilə də blok imtahanlarında 100 bal həddini aşanların göstəriciləri və nəhayət, ixtisaslar üzrə ayrılan plan yerlərinin miqdarı daxildir.

"Bu faktorlar birlikdə ixtisas qruplarında rəqabətin səviyyəsini və keçid ballarının dinamikasını müəyyən edir. Bu il üçün ümumi tendensiyaya baxdıqda, III ixtisas qrupunu nisbətən stabil qrup kimi qiymətləndirmək olar. Əvvəlki illərdə III qrup adətən daha çox rəqabətli və plan yerlərinin artdığı qrup kimi xarakterizə olunsa da, bu il vəziyyət bir qədər fərqlidir. Gözləntilərə görə, III qrupda ciddi dəyişikliklər olmaya bilər və hətta bəzi ixtisaslarda keçid ballarının bir qədər aşağı düşməsi də mümkündür," - deyə o bildirib.

"Bu faktorlar birlikdə ixtisas qruplarında rəqabətin səviyyəsini və keçid ballarının dinamikasını müəyyən edir.

Bu il üçün ümumi tendensiyaya baxdıqda, III ixtisas qrupunu nisbətən stabil qrup kimi qiymətləndirmək olar. Əvvəlki illərdə III qrup adətən daha çox rəqabətli və plan yerlərinin artdığı qrup kimi xarakterizə olunsa da, bu il vəziyyət bir qədər fərqlidir. Gözləntilərə görə, III qrupda ciddi dəyişikliklər olmaya bilər və hətta bəzi ixtisaslarda keçid ballarının bir qədər aşağı düşməsi də mümkündür," - deyə o bildirib.

Ekspert vurğulayıb ki, I ixtisas qrupu daxilində isə iki alt qrup - RK (riyaziyyat-kimya) və RI (riyaziyyat-informatika) mövcuddur.

"RK alt qrupunda vəziyyətin nisbətən stabil qalacağı gözlənilir. Lakin RI alt qrupunda, xüsusilə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, robototexnika və mexatronika, eləcə də proseslərin avtomatlaşdırılması kimi ixtisaslarda keçid ballarının artması ehtimalı daha yüksəkdir. Bu sahələrə marağın artması rəqabəti də gücləndirir. IV ixtisas qrupu isə son illərdə getdikcə daha da rəqabətli hala gəlir. Xüsusilə tibb ixtisasına yüksək hazırlıqlı abituriyentlərin böyük marağı bu qrupda keçid ballarının yüksəlməsinə səbəb olur. Nəticədə, IV qrup üzrə rəqabət olduqca güclüdür və bu il də tibb ixtisaslarında vəziyyətin çətin və yüksək keçid balları ilə müşayiət olunacağı gözlənilir", - o yekunlaşdırıb.

"RK alt qrupunda vəziyyətin nisbətən stabil qalacağı gözlənilir. Lakin RI alt qrupunda, xüsusilə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, robototexnika və mexatronika, eləcə də proseslərin avtomatlaşdırılması kimi ixtisaslarda keçid ballarının artması ehtimalı daha yüksəkdir. Bu sahələrə marağın artması rəqabəti də gücləndirir.

IV ixtisas qrupu isə son illərdə getdikcə daha da rəqabətli hala gəlir. Xüsusilə tibb ixtisasına yüksək hazırlıqlı abituriyentlərin böyük marağı bu qrupda keçid ballarının yüksəlməsinə səbəb olur. Nəticədə, IV qrup üzrə rəqabət olduqca güclüdür və bu il də tibb ixtisaslarında vəziyyətin çətin və yüksək keçid balları ilə müşayiət olunacağı gözlənilir", - o yekunlaşdırıb.