Araşdırmada bildirilib ki, saç follikullarında yerləşən kök hüceyrələrin DNT-si stress, radiasiya və ya müxtəlif zərərli amillərin təsiri nəticəsində zədələnə bilər. Belə hüceyrələrin nəzarətsiz bölünməsi isə şiş xəstəliklərinin yaranma riskini artırır.

Alimlərin sözlərinə görə, orqanizm bu riski azaltmaq üçün zədələnmiş hüceyrələrin bölünməsini dayandırır. Nəticədə həmin hüceyrələr piqment istehsal etməyi dayandırır və saçlar tədricən ağarmağa başlayır.

Professor Emi Nişimuranın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, bəzi hallarda hüceyrələr piqment istehsalını qoruyub saxlasa da, genetik zədələrə baxmayaraq fəaliyyətini davam etdirir. Bu isə aqressiv şişlərin yaranma ehtimalını artırır.

Mütəxəssislər vurğulayırlar ki, saçın ağarması xərçəngdən qorunma və ya bu xəstəliyə qarşı immunitet demək deyil. Lakin bu proses bəzən orqanizmin DNT zədələrinə qarşı işə saldığı müdafiə mexanizminin xarici əlaməti kimi qiymətləndirilə bilər.

Alimlər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə xərçəngin profilaktikası və regenerativ tibb sahəsində yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.