Bildirilib ki, "NoComment" saytı tərəfindən "Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi", daha sonra isə "Medianews" saytı tərəfindən "Şok: Azərbaycanda 200 tələbə vəfat edib" kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir.
"Media subyektlərini məlumat yayarkən "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir. Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir", - deyə məlumatda qeyd edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий