Yeni qaydaya əsasən, səyahətçilərdən pasport və viza məlumatları, həmçinin ölkədə qalacaqları ünvan və səfər müddəti barədə məlumat təqdim etmələri tələb olunacaq.
Vyetnam İmmiqrasiya Xidmətinin portalında yerləşdirilən məlumata əsasən, elektron formanı ölkəyə girişdən ən azı 72 saat əvvəl doldurmaq mümkündür.
Müraciət tamamlandıqdan sonra sistem tərəfindən xüsusi QR kod yaradılır. Turistlər həmin QR kodu ölkəyə giriş zamanı pasport nəzarəti əməkdaşlarına təqdim etməlidirlər.
Qeyd olunur ki, yeni sistem sərhəd-keçid prosedurlarının sürətləndirilməsi və məlumatların daha effektiv idarə olunması məqsədilə tətbiq edilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий