- Проведено мероприятие в Главном управлении логистики Минобороны Азербайджана на основе протокола 17-го азербайджано-турецкого диалога высокого уровня.
- Почтены память Гейдара Алиева, Мустафы Кемаля Ататюрка и шехидов.
- Представлены презентации о логистическом опыте в Отечественной войне.
- Обсуждены роль логистики на прозрачном поле боя, стратегическое предупреждение, критические уязвимости и автономный цикл снабжения.
- Подписан рабочий протокол по итогам мероприятия.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna əsasən, ölkələrimiz arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.
Day.Az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.
Plana uyğun olaraq qonaqlara Vətən müharibəsində logistika sahəsində qazanılmış təcrübələrə dair təqdimatlar verilib.
Tədbirdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin regionda sülh və sabitliyə töhfə verdiyi xüsusi qeyd olunub.
Tərəflər şəffaflaşmış döyüş meydanında logistikanın həlledici rolunu müzakirə edib, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom təminat dövrü mövzularında fikirlərini bölüşüblər. Müharibə zamanı qidalanma və su təchizatı, maddi-texniki vəsaitlərin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti və yaralıların təxliyəsi, hamam-camaşırxana şəraitinin yaradılması, eləcə də digər təminat mövzuları ətrafında müzakirələr aparılıb. Həmçinin qonaqlar hərbi hissələrdən birində Azərbaycan Ordusunda əşya və ərzaq təminatının təşkili sahəsində görülən işlərlə tanış olublar.
Sonda tədbirin yekunlarına dair işçi protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Комментарии
Загрузка…
Оставить комментарий