- Министр иностранных дел Азербайджана Джейхун Байрамов встретился с советником президента Румынии по национальной безопасности Мариусом-Габриэлем Лазуркой.
- Стороны обсудили стратегическое партнерство, региональную безопасность и развитие двусторонних отношений.
- Особое внимание уделено сотрудничеству в энергетике, включая зеленую и альтернативную энергетику.
- Обсуждались возможности расширения сотрудничества в транспорте, образовании, фармацевтике и инвестициях.
- Азербайджан представил инвестиционные возможности, включая свободную экономическую зону Алят.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.
Görüş zamanı tərəflər son illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüşdə enerji sahəsinin Azərbaycan-Rumıniya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə tərəfdaşlığın inkişafı imkanları nəzərdən keçirilib. Nəqliyyat-kommunikasiya, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində mövcud potensial müzakirə olunub.
C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti barədə məlumat verərək, investorlar üçün yaradılmış imkanları diqqətə çatdırıb. Bu çərçivədə, Ələt Azad İqtisadi Zonasının regional ticarət və logistika mərkəzi kimi artan rolundan bəhs olunub və rumıniyalı şirkətlərin burada fəaliyyət imkanları qeyd edilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий