- В Словакии предложено запретить детям до 16 лет пользоваться социальными сетями.
- Законопроект подготовлен партией Hlas-SD, входящей в правящую коалицию.
- Инициатива является результатом обсуждения проблемы радикализации молодежи.
- Для подростков 16-18 лет предлагается особый режим с усиленной защитой данных.
- Законопроект будет рассмотрен правительством в августе текущего года, возможное вступление в силу с января 2027 года.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, partiyanın lideri, eyni zamanda Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok planlaşdırılan tədbirlər barədə mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu təşəbbüs gənclərin radikallaşma probleminin müzakirəsi zamanı əldə olunan nəticələrdən biridir. Nazir vurğulayıb ki, sosial şəbəkələr uşağı yetkin yaşlı istifadəçi kimi qəbul etməməlidir.
16-18 yaş arasında olan yeniyetmələr üçün isə sosial platformalardan istifadə ilə bağlı xüsusi rejimin tətbiqi təklif edilir. Həmin rejim fərdi məlumatların və yerləşdiyi ərazi haqqında məlumatların daha güclü qorunmasını nəzərdə tutur.
Slovakiyanın təhsil naziri Tomaş Druker bildirib ki, hökumət qanun layihəsinə cari ilin avqust ayında baxacaq. Eyni zamanda məhdudiyyətlər yalnız istifadəçilər arasında mesajlaşma üçün nəzərdə tutulmuş platformalara şamil edilməyəcək.
Təşəbbüs təsdiqlənəcəyi təqdirdə, yeni qaydalar 2027-ci ilin yanvar ayından qüvvəyə minə bilər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий