Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 234,9 milyon kubmetr və ya 2,5% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 17 milyard 574,3 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 2,6% çoxdur. Qazın ümumi həcminin 54,1%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql olunub.

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri - TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.