- Состоялся телефонный разговор глав МИД Азербайджана и Бангладеш.
- Глава МИД Азербайджана поздравил бангладешского коллегу с избранием президентом 81-й сессии Генассамблеи ООН.
- Обсуждались текущее состояние и перспективы двусторонних отношений.
- Стороны отметили потенциал расширения сотрудничества в политической, торгово-экономической, образовательной и гуманитарной сферах.
- Рассмотрены вопросы взаимодействия в рамках ООН, Движения неприсоединения, D-8 и других международных платформ.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
XİN-in məlumatında qeyd olunub ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun bu nüfuzlu vəzifəyə seçilməsinin Banqladeşin beynəlxalq aləmdə artan rolunun göstəricisi olduğu vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd ediblər.
Nazirlər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu çərçivədə, BMT, Qoşulmama Hərəkatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий