- В Баку прошла ежегодная встреча Исламского банка развития на 2026 год.
- Азербайджан демонстрирует экономический потенциал и международное доверие.
- Президент Ильхам Алиев выступил с речью о реформах и стратегических целях.
- Азербайджан укрепляет позиции как надежный поставщик энергии в Европу.
- Страна инвестирует в ненефтяной сектор для диверсификации экономики.
Day.Az xəbər verir ki, bu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Siyasi şərhçi bildirib ki, son illər Azərbaycan ardıcıl olaraq nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin beynəlxalq aləmdə artan rolunu və etibarlı tərəfdaş kimi mövqeyini təsdiqləyir. Bu baxımdan İslam İnkişaf Bankı Qrupunun illik toplantısının Bakıda keçirilməsi Azərbaycanın qazandığı beynəlxalq etimadın göstəricisidir.
S.Kərimli xatırladıb ki, Prezident İlham Əliyevin toplantının açılış mərasimində iştirakı və çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizin davamlı inkişaf modelini, siyasi sabitliyini və iqtisadi uğurlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı, həyata keçirilən islahatlar və gələcək strateji hədəflərlə bağlı mühüm mesajlar verdi.
Onun sözlərinə görə, bu gün Azərbaycan qlobal miqyasda mühüm tərəfdaşlardan birinə çevrilib:
"Xüsusilə enerji təhlükəsizliyi sahəsində ölkəmizin rolu getdikcə artır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri kimi çıxış edir və müəllifi olduğu iri enerji layihələri beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi hesab olunur".
Direktor müavini əlavə edib ki, dünyada geosiyasi gərginliklər, müharibələr və enerji böhranlarının davam etdiyi bir dövrdə Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkəmiz qeyri-neft sektorunun inkişafına da böyük investisiyalar yatırır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini göstərir.
S.Kərimli qeyd edib ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası uzunmüddətli və düşünülmüş əsaslara söykənir.
"Həyata keçirilən islahatlar, əlverişli investisiya mühiti və sabit siyasi şərait ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu baxımdan, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantısı Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyan tədbir kimi qiymətləndirilə bilər", - deyə o fikrini yekunlaşdırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий