Day.Az xəbər verir ki, qərara əsasən, 15 yaşdan aşağı istifadəçilər sosial şəbəkələrdə hesab aça, paylaşım edə və ya açıq qruplarda iştirak edə bilməyəcəklər. Platformalar belə hesabları aşkar etdikdə bloklamalıdır.

Yeni qaydalar çərçivəsində sosial şəbəkələr istifadəçilərin yaşını etibarlı üsullarla yoxlamalıdır. Platformalara tələblərə uyğunlaşmaq üçün 12 aylıq keçid müddəti verilib. Qaydaları pozan platformalar isə cərimə və ya bloklanma ilə üzləşə bilər.