Bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyi çimərliklərdə davranış qaydalarını, ictimai asayişin təmin olunmasını və ətraf mühitin qorunmasını tənzimləyən bir sıra hüquqi normalar müəyyən edir. Həmin qaydalar həm digər insanların rahat istirahətinə şərait yaradır, həm də pozuntu hallarında tətbiq olunan inzibati məsuliyyət tədbirləri ilə ictimai intizamın təmin olunmasına xidmət edir.

İctimai qaydanın qorunması da mühüm hüquqi tələbdir. Çimərlik ərazilərində xırda xuliqanlıq halları, yəni ictimai qaydanın pozulması və ya digər insanların istirahətinə maneə yaradılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənzimlənir və 50-100 manat cərimə və ya 15 günədək inzibati həbs ilə nəticələnə bilər. Eyni zamanda, ictimai yerlərdə spirtli içki qəbul edilməsi və bunun nəticəsində sərxoş vəziyyətdə ictimai mənəviyyata zidd davranışlar 511-ci maddə ilə qadağan edilir və 20-40 manat cərimə tətbiq olunur.

Nəqliyyat vasitələrinin çimərlik ərazilərində istifadəsi də xüsusi qaydalara tabedir. Qumluq ərazilərə avtomobillə daxil olmaq və ya piyadalar üçün nəzərdə tutulmuş zonalarda qeyri-qanuni parklanma Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi ilə qadağan edilir və 40-80 manat cərimə, həmçinin cərimə balları tətbiq oluna bilər.