Bu ərazilərdə davranış qaydaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və hər bir pozuntu müəyyən inzibati məsuliyyət və cərimə ilə nəticələnir. Qanunların əsas məqsədi ətraf mühitin qorunması, ictimai asayişin təmin edilməsi və vətəndaşların sərbəst və təhlükəsiz istirahət hüququnun qorunmasıdır.

Ətraf mühitin çirkləndirilməsi ən ciddi pozuntulardan hesab olunur. Məişət tullantılarının zibil qutularından kənara atılması, o cümlədən paketlər, şüşələr və qida qalıqlarının ətrafa atılması qadağandır.

Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən 50 manat məbləğində cərimə tətbiq olunur. Eyni zamanda, dəniz mühitinin çirkləndirilməsi də xüsusi nəzarət altındadır. Gəmilərdən və digər su nəqliyyat vasitələrindən sahilyanı ərazilərə və ya dənizə tullantıların atılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 308.2-ci maddəsi ilə qadağan edilir və 30 manat cərimə ilə nəticələnir. Bu tələblər ekosistemin qorunması və dəniz suyunun təmizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, bu qaydalar çimərliklərin təmiz, təhlükəsiz və hamı üçün əlçatan olmasını təmin edir. Qanunvericiliyin tələblərinə əməl edilməsi həm ətraf mühitin qorunması, həm də ictimai mədəniyyətin formalaşması baxımından mühüm rol oynayır.