Paşinyan bu açıqlamanı Ermənistan parlamentindəki hökumət saatı zamanı verib.

"Parlamentimizdə bu bayraqların olması müharibə təhlükəsidir. Onlar bu söhbəti ortalığa atır, müharibəyə təhrik edirlər. Qarabağ məsələsi bağlanıb. Müxalifət sülhə təhlükə yaradır", - deyə o bildirib.

"Biz vəziyyətin qeyri-sabitliyə səbəb olmaması üçün səylər göstərməliyik. Bunun üçün də institusional sülhü inkişaf etdirməyə davam edirik", - deyə Paşinyan bildirib.

O, dəvət olunacağı təqdirdə 2027-ci ildə Avropa Siyasi Birliyinin sammiti üçün Bakıya səfər etməyə hazır olduğunu bir daha bəyan edib.