İdman.Biz xəbər verir ki, məhdud tirajla hazırlanan sikkələr iyunun 18-də, Kolumbiya ilə qrup mərhələsinin ilk oyunu günü dövriyyəyə buraxılacaq.

Sikkənin ön hissəsində "Tarixi qələbə. Özbəkistan futbolu DÇ-2026-da" sözləri həkk olunub. Arxa hissədə isə komandanın talismanı olan "Ağ canavar" təsvir edilib. Talismanın siluetində yığmanın 26 futbolçusu əks olunub.

Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatı Amerika Birləşmiş Ştatları, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu Argentina millisidir.