Day.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin açıqlamasına görə, bu azalmanın əsas səbəblərindən biri ötən ilin son rübündə qanunvericilikdə edilən dəyişikliklərdən əvvəl bazarda yaranmış süni canlanma və həddindən artıq tədarükün formalaşmasıdır.

Onun sözlərinə əsasən, idxalın azalmasına təsir edən digər mühüm amil taksi fəaliyyəti üzrə tətbiq olunan məhdudiyyətlərdir. Bu qərar bazarda avtomobil tələbinin strukturuna da təsir göstərib.

Bununla belə, hazırkı vəziyyətə baxmayaraq, bazarda qiymət artımı gözlənilmir və mövcud azalma ümumi qiymət balansına ciddi təsir göstərməyib.