- Разработан пакет налоговых льгот для стартапов и резидентов технопарков в Азербайджане.
- Инвестиции аккредитованных инвесторов в венчурные фонды и стартапы вычитаются из налогооблагаемого дохода при условии удержания инвестиций не менее 3 лет.
- Доходы от продажи ценных бумаг, полученных через краудфандинговые платформы, освобождаются от налога.
- Дивиденды и прирост капитала венчурных фондов освобождаются от налога на 100%.
- Облачные услуги (IaaS, PaaS, SaaS, API) для стартапов и технопарков освобождаются от НДС.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, akkreditə olunmuş investorların vençur kapitalı fondlarına, "Startap" şəhadətnaməsi və ya sənaye və texnopark qeydiyyat şəhadətnaməsi almış rezident hüquqi şəxslərə yatırdıqları investisiyaların 100 faizi müəyyən edilmiş şərtlərlə fiziki şəxslərin vergitutulan gəlirindən və hüquqi şəxslərin vergitutulan mənfəətindən çıxılacaq. Bu güzəşt investisiyanın ən azı 3 il müddətində saxlanılması şərti ilə tətbiq ediləcək.
Qanun layihəsi ilə kraudfandinq platformaları vasitəsilə startaplara, texnopark rezidentlərinə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə investisiya edən şəxslərin həmin investisiyalar nəticəsində əldə etdikləri qiymətli kağızların satışından yaranan gəlirlərin vergidən azad olunması nəzərdə tutulur. Həmçinin həmin iştirak payları və səhmlər üzrə ödənilən dividendlər də vergi güzəştlərindən yararlanacaq.
Dəyişikliklərə əsasən, vençur kapitalı fondlarının iştirak payları və səhmlər üzrə əldə etdikləri dividend gəlirlərinin, eləcə də həmin aktivlərin satışından əldə olunan kapital artımının 100 faizi vergidən azad ediləcək. Vençur fondlarının investisiya fəaliyyətindən əldə etdikləri mənfəət və investorlarına ödədikləri dividendlər də güzəştə cəlb olunacaq.
Layihədə ali təhsil və elmi-tədqiqat müəssisələrinin texnologiya transferi və elmi nəticələrin kommersiyalaşdırılmasından əldə etdikləri mənfəətin də 100 faiz vergidən azad edilməsi təklif olunur.
Bununla yanaşı, "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnopark qeydiyyat şəhadətnaməsi almış vergi ödəyicilərinin fəaliyyətlərinin təmin edilməsi üçün qeyri-rezidentlərdən aldıqları bulud hesablama, IaaS, PaaS, SaaS və API xidmətləri üzrə əməliyyatların əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulur. Bu güzəşt həmin xidmətlərin sonradan üçüncü şəxslərə təkrar satışı hallarına şamil edilməyəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий