- Эколог Гурхмаз Ибрагимли объяснил, что резкое потепление означает повышение температуры значительно выше нормы за короткое время.
- Температура выше 50 градусов считается резкой жарой.
- В Азербайджане летом обычно умеренно жарко, температура иногда достигает 40 градусов, особенно в Нахичевани и Аранском регионе.
- Резкое и продолжительное потепление не ожидается, изменения температуры соответствуют естественному годовому ритму.
- Рекомендуется защищаться от солнца и следить за здоровьем в жаркие дни.
Day.Az -a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib ki, havanın kəskin şəkildə istiləşməsi dedikdə temperaturun qısa müddət ərzində normadan xeyli yuxarı qalxması nəzərdə tutulur.
O, qeyd edib ki, 50 dərəcənin üzərinə çıxan hava artıq kəskin istilik kimi qiymətləndirilə bilər.
"Azərbaycan ərazisində isə yay aylarında ümumi olaraq mülayim isti hava müşahidə olunur. Bu isə adətən kritik hədd sayılmır. Ölkəmiz subtropik və mülayim subtropik iqlim qurşağında yerləşdiyi üçün yayda temperatur bəzən 40 dərəcəyə yaxın və ya bir qədər yüksək ola bilir. Xüsusilə Naxçıvan Muxtar Respublikasında və Aran bölgələrində bu cür yüksək temperatur qeydə alınır. Lakin belə istilər çox vaxt uzunmüddətli olmur və qısa fasilələrlə müşahidə edilir", - o deyib.
"Azərbaycan ərazisində isə yay aylarında ümumi olaraq mülayim isti hava müşahidə olunur. Bu isə adətən kritik hədd sayılmır.
Ölkəmiz subtropik və mülayim subtropik iqlim qurşağında yerləşdiyi üçün yayda temperatur bəzən 40 dərəcəyə yaxın və ya bir qədər yüksək ola bilir. Xüsusilə Naxçıvan Muxtar Respublikasında və Aran bölgələrində bu cür yüksək temperatur qeydə alınır. Lakin belə istilər çox vaxt uzunmüddətli olmur və qısa fasilələrlə müşahidə edilir", - o deyib.
Ekoloq vurğulayıb ki, son dövrlərdə iqlim dəyişiklikləri səbəbindən quraqlıq və istilik halları daha aydın şəkildə özünü göstərir:
"Buna baxmayaraq, ümumilikdə kəskin və davamlı istiləşmə gözlənilmir. Yay mövsümündə temperaturda olan dəyişikliklər əsasən illik təbii ritmə uyğun olaraq baş verir. İyul ayı bəzən digər yay aylarından bir qədər daha isti keçə bilər, avqust isə hər zaman iyuldan daha isti olmur. Ayrı-ayrı günlərdə temperaturun 39-40 dərəcəni keçməsi mümkündür. Həmin dövrlərdə ehtiyatlı olmaq vacibdir. Sentyabr ayından etibarən isə tədricən sərinləmə başlayır. Gündüzlər isti, gecələr isə daha sərin hava müşahidə olunur. Bu dövrdə günəşdən qorunmaq və sağlamlığa diqqət yetirmək tövsiyə olunur," - o sonlandırıb.
"Buna baxmayaraq, ümumilikdə kəskin və davamlı istiləşmə gözlənilmir. Yay mövsümündə temperaturda olan dəyişikliklər əsasən illik təbii ritmə uyğun olaraq baş verir.
İyul ayı bəzən digər yay aylarından bir qədər daha isti keçə bilər, avqust isə hər zaman iyuldan daha isti olmur. Ayrı-ayrı günlərdə temperaturun 39-40 dərəcəni keçməsi mümkündür. Həmin dövrlərdə ehtiyatlı olmaq vacibdir.
Sentyabr ayından etibarən isə tədricən sərinləmə başlayır. Gündüzlər isti, gecələr isə daha sərin hava müşahidə olunur. Bu dövrdə günəşdən qorunmaq və sağlamlığa diqqət yetirmək tövsiyə olunur," - o sonlandırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий