Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Day.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə (196 nəfər) köçürülüb.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.