- Президент Туниса Кайс Саид направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву по случаю Дня независимости Азербайджана.
- В письме выражены пожелания здоровья и процветания азербайджанскому народу.
- Подтверждена решимость укреплять братские связи и развивать сотрудничество между странами.
- Также направлены поздравления с праздником Курбан-байрам.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı rifah, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Ölkələrimiz arasında mövcud qardaşlıq bağlarını daha da möhkəmləndirmək və xalqlarımızın mənafeyi naminə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək üçün birlikdə çalışmaq əzmimizi bir daha təsdiqləyirəm.
Həmçinin fürsətdən istifadə edərək Sizi və qardaş Azərbaycan xalqını Qurban bayramı münasibətilə də səmimi-qəlbdən təbrik edir və xoş arzularımı bildirirəm. Uca Allahdan bu mübarək bayramın qardaş ölkələrimizə və xalqlarımıza bol ruzi-bərəkət, bütün İslam aləminə isə daha böyük güc, rifah və əmin-amanlıq gətirməsini arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий