- В Баку планируется переход на гибкий график работы в рамках госпрограммы улучшения транспортной инфраструктуры.
- Крупные промышленные предприятия уже работают посменно, изменить их режим практически невозможно.
- Частный сектор состоит в основном из малых предприятий с 5-10 сотрудниками, массовое изменение графиков в торговле и услугах нереально.
- Основная проблема — школы, где подвоз детей на личных авто создает пробки; изменение режима школ сложно из-за педагогического состава и организации.
- Работы по дорожной инфраструктуре и переходам могут частично улучшить ситуацию.
Mövzu ilə bağlı Day.Az -a açıqlamasında əmək məsələləri üzrə hüquqşünas Sahib Məmmədov deyib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair dövlət proqramında onlarla tədbir nəzərdə tutulub.
Hüquqşünas qeyd edib ki, onlardan biri də iş yerlərinin qrafiklərinin optimallaşdırılmasıdır.
"Bakıda iri sənaye müəssisələrinin sayı çox deyil. Mövcud olanlar, məsələn, neftayırma zavodu kimi obyektlər artıq növbəli iş sistemi ilə fəaliyyət göstərir. Onların iş rejimini dəyişmək demək olar ki, mümkün deyil. Özəl sektor isə əsasən xırda müəssisələrdən ibarətdir. On minlərlə kiçik iş yeri mövcuddur və hər birində beş-on nəfər çalışır. Ticarət və xidmət sahələrində isə iş qrafikini kütləvi şəkildə dəyişmək real görünmür, çünki bu sahələr birbaşa gündəlik həyatın təminatı ilə bağlıdır," - o deyib.
"Bakıda iri sənaye müəssisələrinin sayı çox deyil. Mövcud olanlar, məsələn, neftayırma zavodu kimi obyektlər artıq növbəli iş sistemi ilə fəaliyyət göstərir. Onların iş rejimini dəyişmək demək olar ki, mümkün deyil.
Özəl sektor isə əsasən xırda müəssisələrdən ibarətdir. On minlərlə kiçik iş yeri mövcuddur və hər birində beş-on nəfər çalışır. Ticarət və xidmət sahələrində isə iş qrafikini kütləvi şəkildə dəyişmək real görünmür, çünki bu sahələr birbaşa gündəlik həyatın təminatı ilə bağlıdır," - o deyib.
S.Məmmədov bildirib ki, ən böyük məsələ təhsil müəssisələri ilə bağlıdır:
"Məktəblərə uşaqların şəxsi avtomobillərlə gətirilib-aparılması xüsusilə səhər və günün ikinci yarısında ciddi tıxac yaradır. Bu sahədə dəyişikliklər daha mürəkkəbdir, çünki məktəblərin köçürülməsi və ya iş rejiminin dəyişdirilməsi yalnız fiziki infrastrukturla bağlı deyil, həm də pedaqoji heyət və təşkilati məsələlərlə bağlı çətinliklər yaradır. Bununla belə, yol infrastrukturu, keçidlər və digər nəqliyyat tədbirləri üzrə aparılan işlər müəyyən qədər vəziyyətin yaxşılaşmasına kömək edə bilər," - hüquqşünas vurğulayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий