- Президент Азербайджана Ильхам Алиев подписал указ о компенсации экспортных таможенных сборов для МСБ.
- Компенсация выплачивается за счет госбюджета за ненефтегазовые товары.
- Компенсация предоставляется ежеквартально на основании заявления экспортера.
- Кабинет министров должен подготовить предложения по финансированию на 2026 год и на 2027-2031 годы.
- Министерство экономики должно утвердить перечни товаров, стран и верхний предел компенсации.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının dəstəklənməsi məqsədilə imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Fərmanın məqsədləri üçün ixrac olunan malların Azərbaycan Respublikası mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin 2027-2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir.
Bundan başqa şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısını;
bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddini;
ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını;
bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Bu Fərmanın 1-ci və 2-ci hissələri 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-dək qüvvədədir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий