- Отменяется плата за выдачу и замену журналистского удостоверения.
- Изменения вносятся в закон 'О медиа'.
- Новое удостоверение будет выдаваться Медиа и Вещательным советом.
- Ранее размер платы составлял 20 манатов.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan "Media haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, hazırda qüvvədə olan qanuna görə, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Təklif edilən dəyişikliyə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Media və Yayım Şurası tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, hazırda jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği 20 manatdır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий