Day.Az xəbər verir ki, ümumilikdə pensiya ödənişlərinə 3 milyard 262 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illə müqayisədə 308 milyon manat çoxdur.

Məlumata əsasən, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

Qeyd olunub ki, 1 iyun 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği 594 manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edib.

Eyni zamanda yanvar-may aylarında 19 min, 2019-cu ildən isə ümumilikdə 197 min pensiya təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada həyata keçirilib.