- В Баку начался 14-й Форум частного сектора Исламского банка развития (ИБР).
- Форум проходит под девизом 'Региональная интеграция ради устойчивого процветания'.
- В форуме участвуют представители правительств, бизнеса, международных финансовых организаций и инвесторов.
- В первый день запланированы сессии по роли молодежи, халяльной экономике и этическим бизнес-моделям.
- Особое внимание уделено инвестиционному потенциалу Азербайджана.
Day.Az Trend -ə istinadən xəbər verir ki, forum "Dayanıqlı Rifah naminə Regional İnteqrasiya" şüarı altında keçirilir və İİB-yə üzv ölkələrdən hökumət nümayəndələrini, iş adamlarını, beynəlxalq maliyyə təşkilatlarını və investisiya icmasının təmsilçilərini bir araya gətirir.
Tədbirin ilk günündə bir sıra yüksək səviyyəli tematik sessiyalar keçiriləcək. Bunlar arasında gənclərin davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təmin edilməsində roluna həsr olunmuş "Sərhədləri aşan gənclər: Ortaq regional rifahın inkişafına təkan verən qüvvə" adlı gənclər sessiyası da yer alır.
Həmçinin iştirakçılar halal iqtisadiyyatın inkişaf perspektivlərini müzakirə edəcəkləri "Halal Economy Forum" keçiriləcək. "Etik halal biznes modelləri və risklərə qarşı dayanıqlı maliyyələşdirmə mexanizmləri" adlı strateji dialoq çərçivəsində isə etik biznes modelləri və dayanıqlı maliyyələşdirmə mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçiriləcək.
Forumda Azərbaycanın investisiya potensialına da xüsusi diqqət ayrılacaq. "Azərbaycanın İnvestisiya Perspektivləri Sessiyaları" silsilə sessiyalarında xarici investorlar üçün ölkənin təqdim etdiyi imkanlar, iqtisadiyyatın perspektivli sahələri və həyata keçirilən investisiya layihələri barədə məlumat veriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий