- Посол Германии в Азербайджане Ральф Хорлеманн заявил о поддержке отношений ЕС-Азербайджан.
- Стороны ведут переговоры по новому соглашению о сотрудничестве.
- Азербайджан является важным поставщиком энергии и центром маршрута между Азией и Европой.
- ЕС участвует в модернизации железной дороги в Нахчыване как части Среднего коридора.
- Германия заинтересована в углублении связей с регионом.
Trend -in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib.
"Tərəflər yeni əməkdaşlıq müqaviləsi üzrə danışıqlar aparırlar. Beləliklə, bir çox müsbət dəyişikliklər baş verir ki, bu da Avropa İttifaqının regiona və Azərbaycana olan əhəmiyyətli marağını vurğulayır. Son illərdə bu maraq enerji təhlükəsizliyi baxımından daha çox özünü göstərir, çünki Azərbaycan mühüm enerji təchizatçısı, Asiya ilə Avropa arasındakı marşrutda mərkəzdir", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı regiondakı proseslərdə fəal iştirak edir.
"Məsələn, Avrop İttifaqı Naxçıvanda Orta Dəhlizin mühüm elementinə çevriləcək dəmir yolunun modernləşdirilməsində iştirak edir və enerji də daxil olmaqla bir çox digər sahələrdə də dəstək verir.
Almaniya üçün bu inkişafın davam etməsi və bu əlaqələrin genişlənməsi və dərinləşməsi vacibdir, çünki bu region Avropada əhəmiyyətli və getdikcə daha vacib rol oynayır", - deyə Hårlemann bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий