- Делегация Азербайджана участвует в 64-й сессии вспомогательных органов UNFCCC (SB64) в Бонне.
- Проведена совместная сессия по инициативе Бакинской платформы прозрачности (BTP) с секретариатом UNFCCC и председательствами COP30 и COP31.
- Обсуждалась Дорожная карта из Баку в Белен по увеличению климатического финансирования до 1,3 трлн долларов США.
- Проведена первая сессия «Миссии Белен 1.5» в рамках мандата Тройки COP29, COP30 и COP31.
- Успешно завершен процесс оценки первого двухгодичного отчета по прозрачности Азербайджана.
Day.Az Trend -ə istinadən xəbər verir ki, sessiyanın birinci həftəsində COP29 Sədrliyinin təşəbbüslərinin və COP29 və COP30 çərçivəsində Azərbaycana verilmiş mandatların icrasına həsr olunmuş bir sıra tədbirlər və görüşlər keçirilib.
Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri ilə birgə sessiya təşkil edilib. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü üzrə təcrübələr, mövcud çətinliklər və ikinci dövr hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə göstərilə biləcək dəstək məsələləri müzakirə olunmub. BTP çərçivəsində növbəti sessiyanın cari ilin sentyabr ayında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkili qərara alınıb.
Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən
"Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar"
tədbirində münaqişə və iqlim risklərinə məruz qalan bölgələrdə dayanıqlığın artırılması üçün innovativ yanaşmalar müzakirə edilib.
Azərbaycan və Braziliyaya verilmiş mandat əsasında hazırlanmış və COP30-dan öncə təqdim olunmuş iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası üzrə dövlət və qeyri-dövlət aktorlarının iştirakı ilə dialoq keçirilib. Tədbirdə yol xəritəsinin həyata keçirilməsi ilə bağlı gözləntilər və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən "Belém 1.5 Missiyası" üzrə ilk sessiya təşkil edilib. Sessiyada tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilib, səsləndirilən fikirlərin növbəti addımların formalaşdırılmasına töhfə verəcəyi qeyd olunub.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsində keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində və Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatına dair texniki dialoqda iştirak edib. Bununla Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb.
Eyni zamanda nümayəndə heyəti UNFCCC çərçivəsində aparılan tematik danışıqlarda, mandatlı tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edərək qlobal iqlim gündəliyi üzrə müzakirələrə fəal töhfə verib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий