Day.Az -ın məlumatına görə, əsasən selikli qişa funksiyası bərpa olunur, kirpikciklər (tullantıları təmizləyən hüceyrələr) yenidən fəaliyyətə başlayır və ağciyərlər daha təmiz işləyir.

Qan dövranı və ümumi ağciyər funksiyası da yaxşılaşır.

Nəticədə öskürək və nəfəs darlığı azalır. Lakin mütəxəssislər qeyd edirlər ki, uzun müddətli siqaret istifadəsindən yaranan bəzi zədələr tam geri dönməyə bilər və bu, insanın yaşı və siqaret stajından asılıdır.