Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək ilə görüşməkdən məmnun olduq.

Azərbaycan - ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələrini və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirdik.

Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.