İran mediası yazır ki, dəfn mərasimləri iyulun 4-də Tehranda başlayacaq və keçmiş Ali Rəhbər iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

Xamenei və ailə üzvləri üçün mərasimlər 4-9 iyul tarixlərində Tehran, Qum və Məşhəddə keçiriləcək.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.