Maurisio Poçettinonun komandasının mərkəz müdafiəçisi Kris Riçards bu qarşılaşmada komandada yoldaşlarına 83 ötürmə edib. ​Bu ötürmələrin hər biri dəqiq ünvanına çatıb.

​Bu, statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya çempionatları tarixində bir oyunda 70-dən çox ötürmə edib 100 fiaz dəqiqlik göstərən futbolçunun qeydə alındığı ilk belə haldır.

Qeyd edək ki, ​ABŞ milli komandası növbəti matçını Avstraliya yığmasına qarşı keçirəcək.