- В 2025-2026 учебном году в школах Карабахского регионального управления образования 6315 учеников стали выпускниками.
- В 18 школах на освобожденных территориях 128 учеников окончили школу.
- Для выпускников организованы мероприятия «Последний звонок».
Day.Az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.
Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün "Son zəng" tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.
Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий