- В городе Шуша прошла церемония 'Последний звонок' в школе №1.
- Мероприятие состоялось 13 июня.
- Участвовали представители президента, семьи погибших, ветераны, учителя и ученики.
- Выступающие поздравили выпускников и пожелали успехов.
- Церемония сопровождалась музыкально-художественными выступлениями.
Şuşa şəhərində "Son zəng" keçirilib.
Day.Az Trend -ə istinadən xəbərə verir ki, 13 iyunda Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən "Son zəng" tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak edib.
Tədbirdə çıxış edənlər məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar.
"Son zəng" tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий