- Президент Азербайджана Ильхам Алиев подписал указ об утверждении Правил управления аэропортами.
- Правила определяют основные принципы и требования к управлению аэропортами в Азербайджане.
- Регулирующим органом назначено Государственное агентство гражданской авиации при Министерстве цифрового развития и транспорта.
- Агентство отвечает за сертификацию, безопасность полетов, авиационную безопасность и упрощение формальностей при перевозках.
- Кабинет министров должен решить вопросы, вытекающие из указа.
"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası " təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bu Qayda "Azərbaycan Respublikasında hava limanlarının (aeroportların) idarə edilməsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. Bu Qaydanın müddəaları mülki hava limanlarına şamil edilir. Mülki hava limanlarının idarə edilməsində tənzimləyici qurumun səlahiyyətlərini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Tənzimləyici qurumun vəzifəsi hava limanlarının və (və ya) aerodromların, həmçinin yerüstü xidmət təminatçılarının sertifikatlaşdırılması, uçuşların təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, həmçinin hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin olunması və idarə edilməsi sahələrini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra - BMAT) beynəlxalq standartlarının və tövsiyə olunan təcrübəsinin, Ümumdünya Gömrük Təşkilatının normalarının və standartlarının tətbiqi məqsədilə müvafiq sənədlərin hazırlanması və təsdiqi, hava limanı istismarçılarının fəaliyyətinə nəzarətin və müfəttiş yoxlamalarının təşkili, hava limanlarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq edilməsini, fəaliyyət istiqamətlərinə uyğun olaraq, hava limanlarının idarə edilməsi ilə bağlı normativ hüquqi aktların icrasına nəzarətin həyata keçirilməsidir.
Qeyd edilib ki, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий