- Проведен хакатон Openwave при сотрудничестве İRİA и администрации Наримановского района Баку.
- 15 команд представили цифровые решения для оптимизации управления в Наримановском районе.
- Призовой фонд составил 10 000 AZN, победители: Digi Solution (5000 AZN), ExaMinds (3000 AZN), Conflict (2000 AZN).
- Проекты направлены на цифровизацию отчетности, улучшение коммуникации с гражданами и автоматизацию учета инфраструктурных проблем.
- Оценка проводилась по критериям актуальности, технической реализации, инновационности и пользовательского опыта.
"Openwave" gənclərin texnologiya və sahibkarlıq bacarıqlarının gücləndirilməsi, eləcə də dövlət qurumları ilə gənc innovatorlar arasında əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə keçirilib. Hakaton dövlət qurumlarında innovasiya mühitinin inkişafını və bu prosesdə startapların, fərdi istedadların potensialından birgə istifadəni təşviq edib.
Hakaton çərçivəsində seçilmiş 15 komanda Nərimanov rayonunda idarəetmənin optimallaşdırılması istiqamətində rəqəmsal həllər və işlək prototiplər təqdim ediblər. İştirakçılar onlara verilmiş aktual mövzular üzrə layihələr işləyərək, real ictimai məsələlərin həllinə yönəlmiş və aidiyyəti qurumların işini asanlaşdıracaq mexanizmlər təklif ediblər. Layihələr əsasən ərazi idarəetməsində hesabatlılığın rəqəmsallaşdırılması, vətəndaşlarla operativ ünsiyyət mexanizmlərinin təkmilləşdirilməsi və infrastruktur problemlərinin avtomatlaşdırılmış qeydiyyatı kimi prioritet mövzuları əhatə edib.
Növbəti mərhələdə komandalar hazırladıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Yekunda 10 000 AZN mükafat fondu üzrə qaliblər müəyyən olunub:
I yer (5000 AZN): "Digi Solution" komandası
II yer (3000 AZN): "ExaMinds" komandası
III yer (2000 AZN): "Conflict" komandası
Qeyd edək ki, qiymətləndirmə ideyanın aktuallığı, texniki icra səviyyəsi, innovativ yanaşma və istifadəçi təcrübəsi meyarları əsasında həyata keçirilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий