- Эксперт Эльмин Нури заявил, что основные востребованные специальности на рынке труда — искусственный интеллект, инновации и IT.
- Специальности должны реформироваться и менять форму и содержание в соответствии с требованиями времени.
- Экономические специальности останутся, но с серьезными изменениями.
- IT-специальности в местных университетах преподаются на низком уровне, студенты ищут дополнительные курсы.
- Искусственный интеллект создаст новые смежные специальности.
Sual yaranır: Hansı ixtisaslar əmək bazarında hər zaman özünə tələbatını qoruyur?
Mövzu ilə bağlı Day.Az -a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib ki, bugün sözsüz ki, əmək bazarında əsas tələbin olduğu ixtisaslar süni intellekt, innovasiya və İT profilli ixtisaslardır.
O, qeyd edib ki, ixtisasların dəyərini, imicini əmək bazarının onlara olan münasibəti formalaşdırır.
"Hazırda yerli ali təhsil müəssisələrini də bu gün bir sual daha çox düşündürür: bugünün və sabahın ixtisaslarını və onların tədris keyfiyyətini necə inkişaf etdirməli? Hər il ali təhsil müəssisələrinə ayrılan ixtisaslar üzrə plan yerlərinin tətbiqində də məhz bu mexanizm əsas götürülür. Bu il üçün ayrılan 1 plan yeri, 4 ildən sonranın əmək bazarı üçün bir ştatın özü deməkdir. Artıq dövrün diktəsi özünü bütün sahələrdə, bütün ixtisaslarda əks etdirir. İxtisas özünü qorumaq üçün mütləq reformasiyaya, mühitin tələbi ilə forma və məzmun dəyişiminə getməyə məhkumdur. İqtisadiyyat profilli ixtisaslar sözsüz ki, hər zaman qalacaq. Amma çox ciddi forma və məzmun dəyişimi əsasında...", - o deyib.
"Hazırda yerli ali təhsil müəssisələrini də bu gün bir sual daha çox düşündürür: bugünün və sabahın ixtisaslarını və onların tədris keyfiyyətini necə inkişaf etdirməli?
Hər il ali təhsil müəssisələrinə ayrılan ixtisaslar üzrə plan yerlərinin tətbiqində də məhz bu mexanizm əsas götürülür. Bu il üçün ayrılan 1 plan yeri, 4 ildən sonranın əmək bazarı üçün bir ştatın özü deməkdir. Artıq dövrün diktəsi özünü bütün sahələrdə, bütün ixtisaslarda əks etdirir. İxtisas özünü qorumaq üçün mütləq reformasiyaya, mühitin tələbi ilə forma və məzmun dəyişiminə getməyə məhkumdur.
İqtisadiyyat profilli ixtisaslar sözsüz ki, hər zaman qalacaq. Amma çox ciddi forma və məzmun dəyişimi əsasında...", - o deyib.
Təhsil eksperti vurğulayıb ki, süni intellekt özü ilə kifayətlənməyib, bir neçə yaxın profilli ixtisasları da yaradacaq:
"Əsas məsələ isə budur: bəs, bizim yerli universitetlərimiz necə, buna hazır olacaqlarmı? Bugün bir neçə universiteti çıxsaq İT profilli ixtisaslar (kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi və s.) çox bəsit formada tədris olunur. Bu ixtisaslara qəbul olan tələbə daha da vaxt itirməsin və nəsə öyrənsin deyə, əlavə kurslar, alternativlər axtarırlar. Gələcək isə gözləmir və gəlir... Özü də tam sürətlə!", - o sonlandırıb.
"Əsas məsələ isə budur: bəs, bizim yerli universitetlərimiz necə, buna hazır olacaqlarmı?
Bugün bir neçə universiteti çıxsaq İT profilli ixtisaslar (kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi və s.) çox bəsit formada tədris olunur. Bu ixtisaslara qəbul olan tələbə daha da vaxt itirməsin və nəsə öyrənsin deyə, əlavə kurslar, alternativlər axtarırlar. Gələcək isə gözləmir və gəlir... Özü də tam sürətlə!", - o sonlandırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий