Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, https://shorturl.at/vYyKp linkinə daxil olub qrafiklə tanış olmaq mümkündür. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.

İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat - 6117, karate - 6111, boks - 6107, sambo - 6112, taekvondo - 6118, həndbol - 6114, futbol - 6108, cüdo - 6110, stolüstü tennis - 6116, voleybol - 6119, sərbəst güləş - 6113, yunan-roma güləşi - 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53 -cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) https://eservices.dim.gov.az/qabiliyyet linkindən "Qabiliyyət imtahanına buraxılış vərəqəsi " çap edə bilərlər.