- 12 июня в Центре Гейдара Алиева состоялась презентация документального фильма «Гейдар Алиев: Перевод состояния».
- Фильм создан Центром анализа реальной информации при поддержке Аудиовизуального совета Азербайджана.
- Автор фильма — главный директор REAL TV Миршахин Агаев.
- Фильм основан на интервью, выступлениях и архивных материалах Гейдара Алиева разных лет.
- Хронометраж фильма — 55 минут.
Day.Az xəbər verir ki, təqdimat mərasiminin məqsədi Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, azərbaycançılıq məfkurəsinin və zəngin dövlətçilik irsinin daha dərindən öyrənilməsi və geniş təbliğinə töhfə verməkdir.
Real Təhlil İnformasiya Mərkəzinin istehsalı olan ''Heydər Əliyev: Halın tərcüməsi'' sənədli filmi Azərbaycanın ən yeni tarixinin xronologiyasını fərqli və unikal kinematoqrafik bədii ifadə vasitələri ilə izləyir.
"REAL TV"nin baş direktoru Mirşahin Ağayevin müəllifi olduğu və Azərbaycan Respublikası Audiovizual Şurasının dəstəyi ilə istehsal edilən sənədli film müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyevin verdiyi müsahibələr, çıxışlar və nadir arxiv materialları əsasında hazırlanıb.
Sənədli filmdə XX əsrin sonlarında baş vermiş qlobal siyasi dəyişikliklərə, Sovet İttifaqının süqutu, Azərbaycanın mürəkkəb ictimai-siyasi böhranlardan çıxışı və müstəqil dövlət quruculuğu prosesinə birbaşa tarixi faktlar və arxiv materialları vasitəsilə nəzər salınır.
Filmdə Azərbaycanın müasir tarixinin taleyüklü mərhələləri, dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi prosesi, milli dövlətçilik ideyasının inkişafı və Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif istiqamətləri əks olunub.
"Azərbaycanın dövlət müstəqilliyi necə bərpa olundu?", "Dövlət necə quruldu, hansı mürəkkəb tarixi proseslərdən keçdi və ən əsası möhkəmləndi?" kimi suallarını filmdə Ulu Öndərin özü cavablandırır. 55 dəqiqəlik ekran işində Ümummilli Liderin müsahibələrini eksklüziv və unikal tarixi kadrlar müşayiət edir.
Ekran əsəri müasir Azərbaycan dövlətçiliyinin formalaşması tarixinin öyrənilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda maarifləndirilməsinə xidmət edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий