Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İsmayıllıda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

İntensiv bağların salınmasına ilkin investisiya dəstəyi göstəriləcək, aqrotexniki qulluq subsidiyalarının bir hissəsi əvvəlcədən ödəniləcək, həmçinin GlobalG.A.P. və orqanik sertifikatların əldə olunması üçün sertifikatlaşma subsidiyası tətbiq ediləcək".

İlhamə Qədimova bildirib ki, heyvandarlıq sektorunda da mühüm hədəflər müəyyənləşdirilib. Belə ki, 2030-cu ilədək süd istehsalının 11 faiz, mal əti istehsalının isə 21 faiz artırılması planlaşdırılır: "Bu məqsədlə südlük və ətlik klasterlərin yaradılması, müxtəlif tutumlu 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması, cins damazlıq heyvanlarla təminatın genişləndirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılmasına dəstək veriləcək, eyni zamanda iribuynuzlu heyvanların tam identifikasiyası həyata keçiriləcək".

İlhamə Qədimova vurğulayıb ki, qoyunçuluq sektorunun inkişafı üçün 300 yeni yarımintensiv təsərrüfatın yaradılması, 10 yun toplama məntəqəsinin və bir yun emalı müəssisəsinin qurulması, həmçinin 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur.