- Специальные исполнители не могут заниматься другой профессиональной деятельностью.
- Исключение составляют научная, педагогическая и творческая деятельность.
- Лица с высшим образованием в других областях, не являющиеся юристами, могут стать специальными исполнителями после сдачи экзамена.
- Заявление сделал заместитель начальника Исполнительной службы Министерства юстиции Ягуб Гурбанов.
Xüsusi icra məmuru olan şəxs digər peşə fəaliyyəti ilə məşğul ola bilməz.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hüquqşünas olmayan, digər sahələr üzrə ali təhsilli şəxslər də imtahanda iştirak edib xüsusi icra məmuru ola bilər.
"Qanunvericiliyin tələbinə uyğun olaraq xüsusi icra məmurları elmi, pedaqoji və ya yaradıcı fəaliyyət istisna olmaqla, öz fəaliyyətləri ilə bir araya sığmayan digər heç bir fəaliyyətlə məşğul ola bilməzlər", - o qeyd edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий