Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı Səfirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

"Bu səhər Peru Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaro, Azərbaycan Respublikasının Peruya təyin olunmuş Səfiri Seymur Fətəliyevin etimadnaməsinin surətini qəbul etdi", - paylaşımda deyilir.