КОРОТКО
- Двое детей утонули в водоеме в Гёйгёльском районе
- Инцидент произошел 11 июня 2026 года около 15:00
- Погибшие: Юсиф Насибов (2016 г.р.) и Рамиль Гасанов (2017 г.р.)
- Дети купались в оросительном водоеме возле дома
- Прокуратура района проводит расследование
Day.Az Trend -ə istinadən xəbər verir ki, hadisə 2026-cı il iyunun 11-də saat 15:00 radələrində baş verib.
Belə ki, rayonun Bəhrambəy kənd sakini, 2016-cı il təvəllüdlü Yusif Sərxan oğlu Nəsibov və onlara qonaq gələn qohumu, 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu Həsənov evin yaxınlığında yerləşən, əkin sahələrinin suvarılması üçün istifadə olunan su hövzəsində çimərkən boğulublar.
Azyaşlıların meyitləri həmin su hövzəsində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Источник: news.day.az
Материал обработан с использованием ИИ
Комментарии
Загрузка…
Оставить комментарий