- Основная цель — получение более высокого и качественного урожая с каждого гектара, переход от экстенсивного к интенсивному развитию.
- Заявление сделано помощником президента Азербайджана Халидом Ахадовым на региональном совещании в Исмаиллы 12 июня.
- Госпрограмма на 2026-2030 годы предусматривает устойчивое развитие, укрепление продбезопасности, рост производительности и экспорта.
- Программа включает развитие рыболовства и аквакультуры, а также расширение доступа фермеров к современным агроуслугам.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"
çərçivəsində iyunun 12-də İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
"Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcəkdir". - deyə o bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий