- 15 июня отмечается как Milli Qurtuluş Günü (День национального спасения) в Азербайджане.
- В 1993 году Гейдар Алиев был избран председателем парламента, что положило конец политическому кризису.
- После 1993 года были проведены реформы, включая подписание 'Контракта века' в 1994 году.
- Политическая стабильность позволила создать современную армию и укрепить международные связи.
Day.Az xəbər verir ku, bunu Trend -ə politoloq Azər Qarayev deyib.
"1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük çətinliklərlə üz-üzə qalmışdı. Sovet İttifaqının dağılmasından sonra ölkədə yeni idarəetmə sistemi formalaşmamış, iqtisadi əlaqələr pozulmuş, sosial vəziyyət ağırlaşmışdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlar işğal olunur, minlərlə insan doğma yurdlarından didərgin düşürdü.
Müstəqilliyin ilk illərində ölkədə yaranan siyasi qarşıdurmalar vəziyyəti daha da mürəkkəbləşdirirdi. Dövlət institutları zəif idi, müxtəlif silahlı qruplar fəaliyyət göstərirdi, mərkəzi hakimiyyət isə proseslərə tam nəzarət edə bilmirdi. 1993-cü ilin yayına doğru Azərbaycan faktiki olaraq ağır siyasi böhran mərhələsinə daxil olmuşdu. Ölkədə hakimiyyət boşluğu yaranmış, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı", - o bildirib.
Onun sözlərinə görə, belə bir mürəkkəb dövrdə xalqın diqqəti böyük siyasi təcrübəyə malik Heydər Əliyevə yönəldi.
"Həmin vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyev ölkədə sabitliyin və dövlətçiliyin qorunmasının vacibliyini daim vurğulayırdı. 1993-cü ilin iyununda onun Bakıya qayıdışı Azərbaycanın yaxın tarixində həlledici hadisəyə çevrildi.
İyunun 15-də Heydər Əliyevin parlamentin rəhbəri seçilməsi ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Çünki həmin dövrdə qəbul edilən qərarlar Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olmasına, dövlət idarəçiliyinin bərpa edilməsinə və sabitliyin təmin olunmasına imkan yaratdı.
Qurtuluş anlayışı yalnız böhrandan çıxış demək deyildi. Bu, həm də gələcəyin qurulması üçün möhkəm təməlin yaradılması idi. Sonrakı illərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi, hüquqi bazanın formalaşdırılması, nizami ordu quruculuğu və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın müasir inkişaf yolunun əsas istiqamətlərindən biri də məhz həmin dövrdə müəyyənləşdirildi.
"1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkənin iqtisadi imkanlarını genişləndirdi, xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı və Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm mövqeyə çıxardı. Sonrakı illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri ölkənin iqtisadi müstəqilliyini daha da gücləndirdi.
Milli Qurtuluşdan sonra formalaşan siyasi sabitlik Azərbaycan dövlətinin güclənməsində həlledici rol oynadı. Məhz həmin sabitlik ölkəyə uzunmüddətli inkişaf strategiyası qurmağa, müasir ordu yaratmağa və beynəlxalq mövqelərini möhkəmləndirməyə imkan verdi", - o bildirib.
Politoloq vurğulayıb ki, bu gün geriyə nəzər saldıqda aydın görünür ki, 1993-cü ildə verilən qərarlar Azərbaycanın sonrakı uğurlarının əsasını təşkil edib.
"Dövlətçiliyin qorunması, iqtisadi inkişafın təmin olunması, beynəlxalq nüfuzun artması və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticələr həmin dövrdə qoyulan təməlin məntiqi davamıdır.
15 İyun buna görə sadəcə bir bayram günü deyil. Bu tarix xalqın dövlətçilik instinktinin, milli həmrəyliyinin və çətin məqamlarda düzgün seçim etmək bacarığının simvoludur. Milli Qurtuluş Günü Azərbaycan tarixində dövlətin özünü qoruyub saxlaya bildiyi, gələcəyə inamla addımladığı və inkişaf yolunu müəyyənləşdirdiyi gün kimi xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycanın qazandığı uğurlar, həyata keçirdiyi böyük layihələr və regionda tutduğu mövqe bir daha göstərir ki, 15 iyun tarixində atılan addımlar yalnız həmin dövrün deyil, gələcək nəsillərin taleyinə də təsir göstərən strateji qərarlar idi. Məhz buna görə Milli Qurtuluş Günü müstəqil Azərbaycanın ən əlamətdar tarixlərindən biri olaraq qalır", - A.Qarayev əlavə edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий