- Мероприятие прошло в доме-музее Самеда Вургуна по случаю 120-летия поэта.
- Организаторы: Дом-музей Самеда Вургуна и Музей народного образования при Министерстве науки и образования Азербайджана.
- Выступали научные сотрудники Института литературы имени Низами Гянджеви, обсуждалось значение творчества поэта.
- В художественной части показан отрывок из драмы «Вагиф», прозвучали стихи и музыкальная композиция.
- Мероприятие завершилось исполнением стихотворения поэта учениками школы-лицея Бакинского славянского университета.
Day.Az Trend -ə istinadən xəbər verir ki, tədbir Ev-Muzeyinin direktoru Vurğun Vəkilov və Xalq Təhsili Muzeyinin direktoru Zülfiyyə Şiriyevanın açılış nitqləri ilə başlayıb.
Tədbirin rəsmi hissəsində şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri Aslan Salmansoy, Hənifə Səlifova, Mehriban Vəliyeva çıxış edərək Səməd Vurğunun yaradıcılığı və zəngin ədəbi irsinin gənc nəslin tərbiyəsində əhəmiyyəti barədə danışıblar.
Tədbirin bədii hissəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Gənclər Şöbəsinin və Ədəbi Tədbirlər Birliyi layihəsinin üzvləri şairin "Vaqif" dramından bir parçanı nümayiş etdiriblər.
Səməd Vurğunun şeirləri səsləndirilib, musiqili kompozisiya təqdim olunub.
Tədbir Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdlərinin ifasında şairin məşhur Azərbaycan şeirinin səsləndirilməsi ilə yekunlaşıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий